"Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Unikal.org Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib."Həlak olanların ailələrinə və yaxınlarına baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik - deyə H. Hacıyev qeyd edib.
Qeyd edək ki, dünən Almaniyanın Münhen şəhərinə baş vermiş silahlı insident nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 21-ə çatıb.Son məlumata görə, insanlara atəş açan şəxs cinayəti tək törədib.