Azərbaycan prezidenti İlham Əliyev Kabildə törədilən terror aktı nəticəsində azı 80 nəfərin ölümü ilə əlaqədar Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

Unikal.org-un xəbərinə görə, məktubda bildirilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanların həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib və zəruri hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yarananlara və xəsarət alanlara şəfa diləyirəm.