Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 İyul çevriliş cəhdi sonrası demokratiya mesajı verən liderləri Prezident İqamətgahında qəbul edəcək.
O, sabah Baş nazir Binəli Yıldırım, CHP lideri Kamal Kılıçdaroğlu və MHP-in rəhbəri Dövlət Baxçalı ilə birlikdə görüşəcək.
Unikal.org-un haberturk.com saytına istinadən məlumatına görə, görüş Beştəpədəki Prezident İqamətgahında, Türkiyə vaxtı ilə sabah saat 14.00-da baş tutacaq.
Ərdoğanın görüşdə liderlərə Fetullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdi qarşısındakı qətiyyətli davranışları səbəbiylə təşəkkür edəcəyi, eyni zamanda, yaranmış vəziyyətlə bağlı müvafiq təklifləri siyasi liderlərlə müzakirə edəcəyi gözlənilir.
Nail Cəlil