Bakıda qida zəhərlənməsindən ölüm faktları qeydə alınıb.

Unikal.org bildirir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Marina Nəcmuddinova qarpızdan zəhərlənərək ölüb.

Digər hadisə isə Binəqədi rayonunda qeydə alınıb. 

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisində yaşayan azyaşlı Adil Həşimov qarpızdan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktlarla bağlı araşdırma aparılır.