Türkiyənin məşhur köşə yazarı Fateh Çəkirgə "Hürriyet" qəzetində bu gün dərc olunan köşəsində Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyini yazıb.
Unikal.org xəbər verir ki, müəllif Xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya son səfərinin də bununla bağlı olduğunu qeyd edib.
15 İyulda Bakıdan Samsuna gələn Çavuşoğlu ilə aramızda belə bir söhbət olub:
- Hörmətli nazir Rusiya böhranı həll edilir, dostluqlar artırılır ...
- Bəli, bax daha nə qədər gözəl şeylər olacaq ... İnan, sülh üçün çox gözəl müjdələr olacaq ...
Rusiya ilə böhranını həll edən Türkiyə, bu yaxınlaşmanın sonra çox əhəmiyyətli bir 'sülh atağı'nı daha hazırlayır.