23 iyul Ağdamın Ermənistan tərəfindən işğal olunduğu gündür.
Mətbuatda Mədəniyyət və Turizm Nazirliyinin bu gündə "Burlvarda konsert verməsi ilə bağlı yayılan xəbərlər ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı Rövşən Rzayev bildirib ki, Mədəniyyət Turizm Nazirliyi belə məsələlərdə diqqətli olmalıdır:
"Müəyyən qurumlar var ki, bu kimi halları dəfələrlə təkrarlayırlar. Mədəniyyət Turizm Nazirliyi də bu məsələlərdə diqqətli olmalıdır. Təəssüflər olsun ki, nazirlik belə bir məsuliyyətsizliyə yol verib. İstərdim ki, gələcəkdə belə vəziyyət təkrar olunmasın.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, həmin gün tədbirin təşkil edilməsini təşkilatçıların və nazirlik əməkdaşlarının diqqətsizliyi kimi qeydə alır: "Həmin təşkilatçıların diqqətinə çatdırılıb ki, bundan sonra belə məsələlərə daha diqqətlə yanaşılsın. Nazirlik diqqətsizliyə görə təəssüflənir. Bu barədə lazımı tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyi həmin tədbirə razılıq versə də, əməkdaşlarımızın diqqətsizliyi səbəbindən həmin tədbirin keçirilməsinin qarşısı alınmayıb. Təşkilatçılarla yanaşı, bizim əməkdaşlarımız da bu məsələdə diqqətli olmalı idi.
Həsən Babayev