Son 24 saat ərzində üç Ukrayna hərbçisi separatçılar tərəfindən öldürülüb.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.

"Son 24 saat ərzində 3 qəhrəman hərbçimiz həlak olub, 3 hərbçimiz isə yaralanıb - deyə qeyd edib.

Lısenko vurğulayıb ki, qarşıdurma zamanı separatçılardan iki nəfər ölüb, 8 nəfər yaralanıb.

Qeyd edək ki, atəşkəsin elan olunmasına baxmayaraq, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.