Bu il Azərbaycanda Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.

Unikal.org bildirir ki, bu barədə "Reportun sorğusuna cavab olaraq Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Belə ki, NK-nin "2016-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında qərarına əsasən, iki gün - sentyabrın 12-si və 13-ü Qurban bayramıdır. Sentyabrın 10-u və 11-i tarixləri şənbə və bazara təsadüf edir.
Beləliklə, Qurban bayramı ilə əlaqədar 4 gün qeyri-iş günü olacaq.