"40 milyard dollar ehtiyatımız var" - Mərkəzi Bankın sədri
14:11 19-01-2016
CƏMİYYƏT
"Bizim 40 milyard dollar valyuta ehtiyatımız var. Əsas neft ixracatçısı olan ölkələrin bu qədər ehtiyatı yoxdur. Bu, iqtisadi komfortluq üçün bəs edir".
Bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov parlamentdə millət vəkillərinin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, bilinmir dünyada bu vəziyyət nə qədər vaxta kimi davam edəcək: "Biz artıq minus zonasına daxil oluruq. Neft 30 dollar enir və gəlir əldə etmək çətinləşir. Neynəməliyik ki? Bu 40 milyard dolları xərcləyib oturmalıyıqmı? Sonra borclarımı düşməliyik? Borc götürəın dövlətlərin aqibətini görmürükmü? Birinci devalvasiyasından sonra hətta üç ay bazarda sabitlik yarandı. Biz bazardan dollar da aldıq.
Mən başa düşürəm ki, bu, manatın sərt enişidir. Bunu öz aramızda belə adlandırırıq. Ancaq bununla belə makroiqtisadi sabitliyi təmin etmək üçün hər şeyi 25-30 dollar civarında cəmləşdirməliyik. Hazırda neftin qiyməti bu cür proqnozlaşdırılır. Ancaq mən vətəndaşlarımızı da sakitliyə çağırıram. Bunun üçün əsas yoxdur. Şayiələr yayırlar ki, manatın kursu dollara qarşı 2-3 olacaq. Amma bunun heç bir əsası yoxdur".
Digər Xəbərlər
2024-11-28 12:16:28
2024-11-28 12:13:01
2024-11-28 12:03:23
2024-11-28 11:58:48
2024-11-28 11:58:40
2024-11-28 11:44:40
2024-11-28 11:32:24
2024-11-28 11:07:00
2024-11-28 11:03:29
2024-11-28 10:45:07
2024-11-28 10:36:14
2024-11-28 10:34:00
2024-11-28 10:09:32
2024-11-28 10:01:59
2024-11-28 09:26:42
2024-11-28 09:17:57
2024-11-28 09:12:42
2024-11-28 08:47:35