Sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafat uğrunda "Sevilyanın rəqibi "Barselona deyil, onun əzəli rəqibi "Real olacaq. Çempionlar Liqasının qalibi adını qazanan Zinəddin Zidanın yetirmələri Avropa Liqasının "əbədi qalibi "Sevilyanı bu dəfə də məyus qoymaq istəyir.
Belə ki, bu matç rəqiblərin ikinci Superkubok duelidir. 2014-cü ildə də "Real və "Sevilya mükafatın qalibini müəyyənləşdirmişdi. Həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə Madrid klubu daha güclü olmuşdu - 2:0. "Milleniumda hər iki qolu Kriştianu Ronaldo vurmuşdu. Portuqaliyalı "Sevilyanın tarixində bu komandaya ən çox qol vuran oyunçudu - 22 top.
Əndəlüslülər isə ötən il gərgin mübarizədən sonra ("Barselona - "Sevilya - 5:4) əldən verdikləri qəniməti bu dəfə nəyin bahasına olursa olsun qazanmaq istəyirlər. "Kral klubu bu vacib oyunda zədə səbəbindən əsas ulduzu, son Avropa çempionu Kristiano Ronaldonun xidmətindən məhrum olub.
Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.