Göygöl rayonun sakini yanıq xəsarətləri alıb.
Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Qırıqlı kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Elnurə Kərimova hamamda qazla işləyən su qızdırıcısını yandıran zaman partlayış olub.
Nəticədə E. Kərimova sifətin və hər iki yuxarı ətraflın termiki yanığı xəsarətləri alaraq Gəncə şəhər Təcili və təxirəsalınmaz tibbi yardım Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.