Bakı Dövlət Universitetinin tələbə yataqxanasında yanğın hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, yanğın hazırda davam edir.
Alov binanın 4 və 5-ci mərtəbələrini əhatə edib. Yanğının yataqxananın dəqiq hansı korpusunda baş verdiyi isə hələlik məlum deyil.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub.

Bakıda yataqxanada yanğın - FOTO