Pakistanda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 16 nəfər ölüb, 29 nəfər yaralanıb.

Unikal.org-un  TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 6-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

Qəza Palandri və Hacira yaşayış məntəqələrini birləşdirən yolda qeydə alınıb. İlkin məlumata əsasən, qəzaya səbəb 50-dən çox insanı toya aparan avtobus sürücüsünün idarəetməni itirməsi olub.