"Azəravtoyol ASC-nin 13 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, 1960-cı il təvəllüdlü Maarif Ağayev ötən gecə Ukraynanın turizm şəhəri Truskavetskdəki sanatoriyalardan birində istirahətdə olarkən vəfat edib. Bir həftədir Ukraynada dincələn M. Ağayevin ölümünün səbəbi hələ məlum deyil. Ailə üzvlərinin sözlərinə görə, onun sağlamlığı ilə bağlı şikayəti olmayıb.
M. Ağayevin ürək tutmasından vəfat etdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hazırda mərhumun nəşinin Göyçaya gətirilməsi üçün Ukraynada sənədləşmə işləri görülür.

Qeyd edək ki, Maarif Ağayev Mingəçevir, Quba və Göyçay rayon icra hakimiyyətlərinin keçmiş başçısı Mübariz Ağayevin qardaşıdır.

***
"Azəravtoyol" ASC-nin 17 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.

"Report"a istinadən xəbər verir ki, Göyçay şəhəri, Hüseynbala Əliyev küçəsində yaşayan M.Ağayev şəhər ərazisində olan bonkamatların birindən pul çıxararkən qəflətən vəziyyəti pisləşib və vəfat edib.

Qeyd edək ki, mərhum M.Ağayev keçmiş icra başçısı Mübariz Ağayevin qardaşıdır. O, 1999-cu ildən Yol İstismar İdarəsinə rəhbərlik edirdi.