Bu ilin oktyabr ayında "Abşeron City"də baş verən bədbəxt hadisə zamanı şikəst qalan fəhlə İsayev İqbal Şəməd oğlunun vəziyyəti ağırlaşıb.
Unikal.org baku.ws-ə istinadən bildirir ki, oktyabrın 15-də 5-ci mərtəbədə təhlükəsizlik qaydalarına əməl etmədən işlədilən İqbal yıxılan zaman beli iki yerdən, sağ budu və sol topuğu sınıb. Həmin vaxt Sumqayıtda xəstəxanaya yerləşdirilən fəhlə 4 ay müalicə olunub. İqbalın qaynanası Mədətova Təranənin dediyinə görə, dörd ay müdətində "Abşeron City"nin rəhbərliyi kürəkəninin bütün problemləri ilə maraqlanıb. Şikayət olunmayacağı təqdirdə onun müalicəsi ilə bağlı bütün xərcləri qarşılayacağını bildirib. Lakin İqbal xəstəxananı tərk etdikdən sonra onunla maraqlanan olmayıb. Təranə Mədətova deyir ki, yataq xəstəsi olan kürəkəni ilə bağlı müraciət etdiyi bütün ünvanlardan əliboş qayıdıb.
Daha ətraflı aşağıdakı videoda:
"Abşeron City"nin Xırdalan və Masazır ofisləri məsələ ilə bağlı Milli.Az-a açıqlama verməkdən imtina etdilər.