Böyük Qafqaz sıra dağlarınınOğuz rayonu ərazisindəki meşələrdə yanğın hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki,rayonunXaçmaz kəndinin Türgan adlanan ərazisində və Xalxal-Qışlaq kəndinin Çülçup ərazisində meşə zolaqlarında yanğınlar qeydə alınır.

Rayon sakinlərinin verdiyi məlumata görə, hazırda yaxınlıqda yerləşən bir-neçə kəndə kül tökülür.

Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, indi yanğın olan ərazilərə yanğınsöndürən maşınlar və şəxsi heyət cəlb olunub, yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.