Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.
Unikal.org-un APA-ya istinadən xəbərinə görə, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub. İlkin ehtimala görə, bankomatda 43 min manat olub.
Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.