Bakıda baş həkimin gənc oğlu qəflətən dünyasını dəyişib.
"Doktor Davud" klinikasının rəhbəri Davud Qüdrətovun oğlu Adil gecə yatıb, oyanmayıb.
Unikal.org bildirir ki, D.Qüdrətov criminal.az-a deyib ki, oğlu qəfləti ölüm keçirib. Onun sözlərinə görə, hələlik ölümün dəqiq səbəbi məlum deyil. Gecə yatdı, oyanmadı.
"Boyuna atan qurban olsun, Adil balam... Vaxtsız ölümün atanın belini qırdı. Heç toyunu görmədim... Allah böyükdur. Allah heç bir valideynə belə vaxtsız övlad itkisi göstərməsin..." - deyə D.Qüdrətov övladının ölümü ilə bağlı yazdığı statusda kədərini bölüşüb.