Qəbələdə sel əmələ gəlib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qəbələ rayonun Laza kəndinə yağan güclü yağış nəticəsində Dəmiraparan çayının suyu çoxalaraq sel əmələ gəlib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyyə edilib.

Əməliyyat saat 20:18-də başa çatıb.