Unikal.org Report-a istinadən xəbər verir ki, qəza dönmə hərəkətinin düzgün yerinə yetirilməməsi nəticəsində qeydə alınıb.
Məlumata görə, 91 saylı marşrutla hərəkət edən 90 FE 434 dövlət nömrə nişanlı avtobus onu ötmək istəyən yük maşınına çırpılıb. Sürücü və sərnişinlər xəsarət almasa da, avtobusun sol arxa çarxı birləşdirən ox sınıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları hələlik gəlməsə də, hadisənin iştirakçısı - yük maşınının sürücüsü qəza yerini tərk edib.