Dağlıq Qarabağda erməni əsgər ölüb.
Unikal.org Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 2-də saat 23:30 radələrində döyüş mövqeyində növbədə olan 1977-ci il təvvəllüdlü Ordubekyan Arayik Samvel oğlu güllə yarası alıb.
O, yerindəcə ölüb.
Hadisənin necə baş verdiyi araşdırılır.