Prezident İlham Əliyev kikboksinq üzrə dünya və Avropa çempionu Zabit Səmədov ilə görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə Z.Səmədov özünün rəsmi "Facebook" səhifəsində yazıb. O, prezidentlə görüşü vacib hadisə adlandırıb:

"Dostlar, bu gün vacib hadisə baş tutdu. Nəhayət ki, mən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Mən vətənpərvərəm, xalqıma, ölkəmizi çiçəkləndirən, müdrik siyasətçi olan prezidentimizə dərin hörmətlə yanaşıram. Gələcək döyüşlərdə də xalqımın və ölkəmin şərəfini qoruyacam!"

Xatırladaq ki, sonuncu dəfə Zabit avqustun 23-də Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb və onu 1 dəqiqə ərzində məğlub edərək WBC Muay Thai versiyası üzrə dünya çempionu olub.