Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfərə gedib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıda Bayraq Meydanının və Azərbaycan Dövlət Rəmzləri Muzeyinin açılışını edib.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına 2014-cü ildə başlanıb və 2016-cı ildə tikinti işləri başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi quraşdırılıb. Ərazidə geniş yaşıllaşdırma işləri görülüb, dekorativ ağac və gül kolları əkilib.
Muzeydə isə Azərbaycanın dövlət rəmzlərini əks etdirən eksponatlar nümayiş olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallı şəhərinin içməli su təchizatı layihəsinin (şəhər su və kanalizasiya sisteminin) açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildən başlanılıb. Bu məqsədlə Viləşçay su anbarının aşağı byefində sutəmizləyici qurğu inşa edilib, 5 min kubmetr tutumu olan su anbarı tikilib.
Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basdı.
Sentyabrın 3-də Masallıda uşaq-incəsənət məktəbi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, məktəbin binası iki mərtəbədən və zirzəmidən ibarətdir. Layihənin icrasına 3,1 milyon manat vəsait xərclənib. Burada 14 sinif otağı, zal, bufet, rəqs otağı, kitabxana, heykəltəraşlıq emalatxanası və s. var.
Prezident İlham Əliyev məktəbin xor kollektivinin ifasını dinlədi.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, muzeyin inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2016-cı ilin iyulunda başa çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə inşaat işlərinin həyata keçirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Bina üç mərtəbədən ibarətdir. Burada 5 ekspozisiya zalı, fond və iş otaqları, ideoloji mərkəz, rəsm qalereyası fəaliyyət göstərir.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.