Xırdalan sakini bədbəxt hadisə nəticəsində ölüb.

DİN-dən Unikal.org-a verilən xəbərə görə, hadisə sentyabrın 2-dən 3-ə keçən gecə qeydə alınıb.

Xırdalan şəhərində yaşayan 42 yaşlı Tofiq Süleymanov 9-cu mərtəbədən yıxılıb. O hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.