Bakı şəhərində nəqliyyat sıxlığının aradan qaldırılması və yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə Moskva prospektinin 20 yanvar dairəsi yaxınlığında yolun genişləndirilməsi layihəsinə uyğun olaraq"Azəravtoyol ASCvəDaxili İşlər NazirliyiBaş Dövlət Yol Polisi İdarəsi tərəfindənEkologiya və Təbii Sərvətlər Nazirliyininə müraciət olunub.

Unikal.org-a daxil olan məlumatda qeyd olunur ki, müraciətdə mövcud Dövlət Proqramının tədbirlər planının tərkib hissəsi kimi Bakı şəhərinin Moskva prospektində nəqliyyat sıxlığının azaldılması və orta hərəkət sürətinin artırılması məqsədi ilə yenidənqurma işlərinin aparılmasının nəzərdə tutulduğu bildirilir. Həmin ərazidə yol ötürücüsünün istinad divarına və yolun işlək hissəsinə yaxın olan ağacların işin başlanılmasına maneə yaratdığı qeyd olunur və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 saylı qərarına və "Yol hərəkəti haqqında Qanuna uyğun olaraq tikinti altına düşən ağacların götürülməsi məqsədilə dövlət ekspertiza rəyinin verilməsi xahiş edilir.

Məktubda qeyd olunanlarla bağlı ETSN-nin Dövlət Ekspertiza İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib. Müəyyən edilib ki, yol tikintisi altına 2 Şərq çinarı, 18 Eldar şamı, 4 Sərv, 4 Zeytun və 6 Oleandr ağacı düşür. Ümumilikdə ərazidə 34 ədəd ağac və bir neçə kol bitkisinin tikinti layihəsinə maneə yaratdığı qeydə alınıb. Tikintinin dövlət əhəmiyyətli olduğu nəzərə alınaraq mövcud tələblərə və qaydalara uyğun ağacların budanaraq köçürülməsinə rəy verilib.

Ekspertiza rəyinin tələbləri əsasındaEkologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC ilə müqavilə bağlanılıb və 3 sentyabr 2016-ci il tarixində ağacların köçürülməsinə başlanılıb.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasındaEkologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən alınmış, ağacların yaşamasını yüz faizə çatdıra bilən xüsusi texnikalardan istifadə olunmaqla, budandıqdan sonra ağaclar kök torpağı ilə birgə çıxarılaraq daha uyğun və tikinti-qazıntı aparılması təhlükəsi olmayan ərazilərə köçürülür.

Yol tikintisi ilə bağlı 34 ədəd ağac kök torpağı ilə birgə köçürülür -  Fotolar
Yol tikintisi ilə bağlı 34 ədəd ağac kök torpağı ilə birgə köçürülür -  Fotolar
Yol tikintisi ilə bağlı 34 ədəd ağac kök torpağı ilə birgə köçürülür -  Fotolar
Yol tikintisi ilə bağlı 34 ədəd ağac kök torpağı ilə birgə köçürülür -  Fotolar
Yol tikintisi ilə bağlı 34 ədəd ağac kök torpağı ilə birgə köçürülür -  Fotolar