Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN həyat kompleksinin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, Mərkəz əməkdaşının və kənd ağsaqqalının İlham Əliyevin ünvanına bu fikirləri söyləyiblər.

Mərkəzin əməkdaşı İlahə İBRAHİMBƏYLİ çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, Masallıya xoş gəlmisiniz.

Cənab Prezident, Sizin diqqət və qayğınızı əhalinin hər bir təbəqəsinin üzvü - uşaqlar, gənclər, yaşlılar və xüsusən də biz, fiziki hərəkətləri məhdud olan insanlar daim hiss edirlər. Yaşadığım bədbəxt hadisədən sonra özümə qapanaraq küskün, cəmiyyətdən məhrum bir insan kimi həyata ümidsiz baxırdım. Heç təsəvvürümə də gətirə bilməzdim ki, dövlət orqanında işə qəbul olunaram. Sizin diqqət və qayğınız nəticəsində daha ümidli, dünyaya yenidən göz açmış bir insan kimi həyatıma davam edirəm.

Cənab Prezident, Sizinlə bərabər Mehriban xanımın diqqət və qayğısını görmüşəm. Mehriban xanım müraciətlərimə dərhal cavab vermiş və məni xarici ölkəyə müalicəyə göndərmişdir.

Cənab Prezident, mənim qardaşım da aprel döyüşlərində iştirak etmiş, fəxri fərmanlarla təltif olunmuşdur. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, qardaşım da mənimlə birgə Masallı "ASAN xidmət mərkəzində çalışacaq.

Cənab Prezident, mənə və ailəmə göstərdiyiniz diqqətə və qayğıya görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Şəxsən mənim kimi fiziki hərəkətləri məhdud olan insanlara qayğı və diqqət göstərdiyinizə görə çox sağ olun. Bu gün mən özüm də bir ana kimi iki əsgər övladı böyüdürəm. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

X X X

Rayon ağsaqqalı Mirqiyas TƏHMƏZOV çıxış edərək dedi:

-Cənab Prezident, Sizə "Xoş gəlmisiniz deyirəm. Sizin qədəmləriniz mübarəkdir ki, keçən dəfə də gələndə özünüzlə xeyir-bərəkət, yağış gətirdiniz. Bu dəfə də gələndə, - bu xeyir-bərəkəti biz çoxdan arzulayırdıq, - Allah bunu bizə qismət elədi. Bizim Masallıya su kəməri çəkdirdiyinizə görə mən öz adımdan və rayonun 220 min əhalisinin adından, dindarlar adından Sizə təşəkkür edirəm. Viləş çayı üzərində su anbarının təməlini ulu öndərimiz Heydər Əliyev qoyub. Bu anbardan bizə su kəməri çəkdirdiyinizə görə bütün Masallı əhalisi adından Sizə "Çox sağ olun deyirəm. Allah Sizə, ailənizə hər zaman uğur qismət eləsin. Allah-Təala sözünüzü hər yerdə ötərli eləsin! Cəddimiz Peyğəmbər xatirinə, imamlar xatirinə Allah Sizə yar olsun! Sizin həyata keçirdiyiniz siyasət hər yerdə qabaqcıl olsun! Çox sağ olun.