Paytaxtın şimal girişində genişləndirmə işləri aparılır.

Ağaclar çıxarılır, beton sədlər isə götürülərək yolun genişləndirilməsi üçün tədbirlər görülür.

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki,Yasamal rayonu Moskva prospekti, "20 Yanvar" dairəsi yaxınlığındakı tuneldən şəhər istiqamətinə gələrək körpüyə çıxmadan sağa - ''20 Yanvar" dairəsinə tərəf yol iki zolaqlı olduğu üçün hərəkət etmək, xüsusən də pik saatlarda çox çətin olurdu. Artıq problemin həlli üçün ''Azəravtoyol'' Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yolun genişləndirilməsi üçün ərazidə işlərə start veriblər.

İş icraçılarının ''Xəzər Xəbər''ə verdikləri məlumata görə, yol genişləndikdən sonra tuneldən çıxaraq ''20 Yanvar'' dairəsinə tərəf hərəkət etmək istəyən sürücülərin həmin şaxələnmə yeri qarşısında yaratdığı tıxac və ləngimə əhəmiyyətli dərəcədə azalacaq.

Yenidənqurma işləri çərçivəsində həmin ərazi ''20 Yanvar" dairəsi istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb. Sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış ''Şamaxinka'' deyilən əraziyə daxil olaraq ''20 Yanvar" dairəsi istiqamətinə hərəkət edə bilərlər. Yeni dərs ilinə az qaldığı üçün ''Azəravtoyol''un əməkdaşları işləri gecə-gündüz aparacaq ki, yol təxminən bir həftəyə hazır olsun.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sözügedən problemlə əlaqədar maraqlı təklif edir.

Əgər Baş Dövlət Yol Polis İdarəsi ekspertin dediyi bu qaydanı tətbiq edərsə, qaydaları pozan həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq 40 manat cərimə ediləcəklər.