Türkiyədəki Antalya kurortunun sahillərində "Kurt-C" adlı yelkənli turist-ekskursiya gəmisi aşıb. 73 sərnişin xilas edilib. Onların 33 nəfəri yaralıdır.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, turistlər arasında bir nəfər - Türkiyə vətəndaşı olan qadın və bir uşaq itkin düşüblər.
"Kurt-C" gəmisi Konyaaltı sahillərində ilk əvvəl saya yatıb, sonar çevrilərək batıb. Bölgədəki dəniz polislərinin dediklərinə görə, gəmi 45 metr dərinliyə batıb.
Xilas edilən 33 sərnişin Yat limanına çatdırılıb.
Sərnişinlər siə gəmidə 83 turistin olduğunu deyirlər.