Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin barmağında dəmir həlqa qalıb.

Unikal.org FHN-nə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin barmağında dəmir halqanın sıxılaraq qalması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsmiş və vətəndaşın barmağından çıxarmışlar. Əməliyyat saat 02:53-də başa çatmışdır.