Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə baş vermiş terror aktı ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, İlham Əliyev bu gün Ankarada baş vermiş terror aktı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlarını daşıyan avtobusa edilən bombalı hücum nəticəsində insanların həlak olması və yaralanması xəbərindən olduqca sarsıldığını deyib.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Bu arada Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sabah Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.
Qeyd edək ki, sabah Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcəkdi.
Türkiyə prezidentinin də həmin tədbirdə iştirak çərçivəsində Azərbaycana səfəri planlaşdırılmışdı.