Göyçay rayonunda intihar hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakini 1938-ci il təvəllüdlü Məmmədov Qəhrəman Əhməd oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.
İki övladı olan Qəhrəman Məmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.