Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 və "Mersedes markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Faktla bağlı araşdırma aparılır.