Saxta texniki baxış talonu satan paytaxt sakini Ruslan Hüseynzadə saxlanılıb.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Bakı dəmir yolu stansiyasının ərazisində paytaxt sakini R.Hüseynzadə həmyerlisi Rəhbər Hüseynova saxta texniki baxış talonunu satarkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.