Türkiyədə müəllim çatışmazlığı 123 minə çatacaq.
Unikal.org xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Ələddin Dinçer məlumat verib.
Onun sözlərinə görə, yeni tədris ili ərəfəsində işdən azad edilən pedaqoqların sayı artacaq:
"2016-cı ilin iyun ayında ölkədə 853.987 müəllim işləyib. 65 min müəllim çatışmazlığı vardı. 15 iyul dövlət çevrilişinə cəhddən sonra 33 min pedaqoq işdən azad edilib. Bu il 10 min təhsil işçisinin təqaüdə çıxacağını və 15 min müəllimin vəzifəsinin artırılacağını nəzərə alsaq, ölkə üzrə bu rəqəmin 123 minə çatacağını deyə bilərik.