Qaxda bir ailənin 4 üzvü zəhərlənib.
"Qafqazinfo xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya
verilən məlumata görə, bu gün axşam saat 22 radələrində rayonun Çüdüllü
kəndindən bir ailənin biri ağır olmaqla 4 üzvü zəhərlənmə əlamətləri
ilə xəstəxanaya daxil olub. İlkin araşdırma zamanı məlum olub ki, ailə
yemək bişirən zaman xörəyə duz əvəzinə kimyəvi maddə olan və
dezinfeksiya üçün istifadə edilən "xlorofos adlı maddə töküb.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstələr həkimlər tərəfindən müayinə olunur və şəxsiyyətləri dəqiqləşdirilir.