Bu gün Xəzər dənizində zəlzələ olub.
Unikal.org Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla 09:53:58-də, Lənkərandan 48 km şimal-şərqdə, Xəzər dənizi ərazisində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.