Baş nazir Binali Yıldırım, Çevik Polis Alayının Məskənində polislərlə nahar edib. Bir polis məmurunun xahişi ilə sevdiyi qızın ailəsinə telefonu ilə zəng edən Baş nazir Binəli Yıldırım, qızın ana və atasını evliliyə razı salıb.
Unikal.org xəbər verir ki, Baş nazir Binali Yıldırım, bayram namazını Üsküdar Marmara Universiteti İlahiyyat Fakültəsinin məscidində qıldıqdan sonra Şəhid polis məmuru Mehmet Şövkət Uzun adına Üsküdar Çevik Polis Mərkəzini ziyarət edib.
Kiçik rütubəli polis qruplarının arasına oturaraq simit, qoğal və pendir yeyən Yıldırım, polislərlə söhbət edib. Baş nazir Yıldırım, kiçik rütbəli polislə söhbət edib. Polis bir qızı sevdiyini və gələn il toy edəcəyini baş nazirə deyib.
Baş nazir Binəli Yıldırım toyu tez etmək lazım olduğunu bildirib. Vurğulayıb ki, xeyr işlərini tələsik etmək lazımdır. Toyu gələn ilə deyil, elə bu il etməyi polisə tövsiyyə edib. Bildirib ki, bu il olursa toyuna qatılacağam.
Bu dialoq üzərinə polis məmuru baş nazirdən elçilik etməsini ricaca edib. Baş nazirdə əvvəl qızla, sonra da ana və atası ilə telefonda görüşərək elçilik etdi və ailəni evliliyə razı sala bilib. Bu görüşdən sonra polis məmurunun anasını də axtararaq oğullarına qız istədiyini və qızı aldıqlarını dedi.
Daha sonra baş nazir bütün polisləri Qurban bayramı münasibəti ilə təbrik edib.