ABŞ-ın Nyu-York şəhərində 30 yaşlı Karina Vetrano adlı bir qadın ölü tapılıb.
Unikal.org xarici KİV- istinadən xəbər verir ki, Vetrano günorta saatlarında təhlükəsizlik kamerasına əks olunan görüntüsündən beş saat sonra bir parkın yaxınlığında ölü tapılıb.
Qadının boğularaq öldürülmədən əvvəlki son görüntülərində qaçış üçün çölə çıxdığı görülüb.
Polisin ilkin versiyasına görə, qadının qatili onu öldürməmişdən əvvəl üzünə yumruq vurub, sonra isə təcavüz edib.
"Crime Watch Daily adlı verilişə açıqlama verən dedektiv Robert Boys Vetranonun öldürülməmişdən əvvəl qorxunc bir işgəncəyə məruz qaldığını bildirib:
"Vetranonun bədənində göyərmələr və üzündə yumruq zərbəsi var idi. Meşəlik əraziyə doğru zorla aparıldığına inanırıq. Çünki qadının əllərinin içindən ot kökləri tapılıb. Bunun səbəbi isə meşəyə getməmək üçün mübarizə aparması ola bilər.