Türkiyədə 25 yaşlı iş adamını nişanlısının gözü qarşısında qətlə yetiriblər.
Unikal.org Publika.az-a istinadən bildirir ki,hadisə Bursa şəhərində baş verib.
Məlumata görə, avtomobil ticarəti ilə məşğul olan Barış Kösa, 5 gün sonra baş tutacaq toyuna hazırlaşırmış. Bayramlaşmaq üçün nişanlısı ilə birlikdə yola çıxan 25 yaşlı iş adamı yolda əvvəlcədən arasında düşmənçilik olan Əli A. ilə qarşılaşıb. Bir qədər mübahisə etdikdən sonra yanında nişanlısının olduğunu bildirən Barış maşınına minərək oradan uzaqlaşmaq istəyib. Lakin Əli A. Barış Kösanın avtomobilinə 7 dəfə atəş açaraq onu yaralayıb. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan Barış Kösa bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Hadisə zamanı maşında olan nişanlı qız isə şok keçirib.
Hadisəni törətməkdə təqsirli bilinən ƏliA. saxlanılıb.