Avropa Parlamentinin sədri Martin Şults miqrant böhranının həlli üçün Türkiyə ilə əldə olunan razılaşmanın ləğv edilməyəcəyini açıqlayıb.
Unikal.org xəbər verir ki, alman siyasətçi Türkiyənin güvənli tərəfdaş olduğunu deyib:
"Türkiyə miqrantların qəbul olunmasında əksər dövlətə örnək ola biləcək davranış sərgilədi. Ankara güvənli tərəfdaşımızdır və razılaşmalar olduğu yerdən davam edəcək.