Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Fransada məhkəmə qarşısına çıxarılacaq.

Unikal.org xəbər verir ki, 60 yaşlı xanım Laqard 2007-2011-ci illərdə, Fransanın maliyyə naziri olduğu dövrdə məşhur iş adamı Bernard Tapyenin 400 milyon avro təzminat verməsi ilə bağlı məhkəmə prosesində vasitəçilik etməkdə günahlandırılır.

Respublika Ədalət Məhkəməsi Laqardın mühakiməsinin 12 dekabrda başlayacağını açıqlayıb. Laqardın vəkili Patrik Maysonnove müvəkkilinin məhkəmədə iştirak edəcəyini bildirib.

Cinayət sübut olunarsa, BVF rəhbərini 1 ilə qədər həbs və ya 15 min avroya qədər pul cəzası gözləyir.