Suriyada aparılan hərbi əməliyyatlarda 34 nəfər öldürülüb.

Unikal.org-un Anadolu agentliyinə istinadən məlumatına görə, Qurban bayramının birinci günündə Rusiya qırıcıları tərəfindən müxaliflərin məskunlaşdığı ərazilər bombardıman edilib. Hərbi əməliyyatlar nəticəsində Şamda 15, İdlibdə 14, Humus və Derada 2, Hələbdə isə 1 nəfər öldürülüb.

Öldürülənlər içərisində 4 uşaq, 2-si qadındır.