ABŞ hökuməti Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsini ləğv etmək məcburiyyətində qalıb. Belə ki, bu ləğvetmə "Rosoboroneksport"la işbirliyinə aid sanksiyalara aiddir.
Unikal.org xəbər verir ki, Amerika helikopterlərin təmiri üçün ehtiyat hissələrini Rusiyanın məhz bu qurumundan alır.
"Bu helikopterlər vaxtilə tərəfimizdən Əfqanıstana göndərilmişdi və onlara xidmət etmək üçün amerikalıların tətbiq etdiyi sanksiyalar özlərinə mane olmağa başlamışdı", - bunu Əfqanıstan üzrə Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya XİN İkinci Asiya departamentinin direktoru Zamir Kabulov deyib.