Bakı Modern Təhsil Kompleksində Nərimanov rayonu üzrə təhsil müəssisələrinin 2015/2016-cı tədris ilində qazandığı uğurlar müzakirə edilib və yüksək nəticələr əldə edərək ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyətin görüşü keçirilib.

İH-dən Unikal.org-a daxil olan xəbərdə bildirilir ki, rayon rəhbərliyi, millət vəkilləri, müəllimlər, valideynlər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yüksək nəticələrlə ali məktəblərə qəbul olunmuş tələbələrin qatıldığı tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev yüksək nəticələrlə ali məktəblərə qəbul olunmuş tələbələri təbrik edib. İcra başçısı son illər təhsil sahəsində həyata keçirilən layihə və proqramların xüsusi uğurları ilə seçildiyini, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının ayrı-ayrı bölgələrdə təhsil infrastrukturunun yeniləşməsinə ciddi zəmin yaratdığını, orta ümumtəhsil məktəblərinin bərpası və yenidənqurulması, habelə yeni məktəblərin tikintisi prosesinin geniş vüsət aldığını söyləyib.

Sonra Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov çıxış ediblər.
Sonda İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.



İcra başçısı tələbələrlə görüşdü

İcra başçısı tələbələrlə görüşdü