Avstriyada 18 yaşında bir gənc qadın, yüzlərlə uşaqlıq fotoşəkilini Facebookda paylaşdıqları üçün anasını və atasını məhkəməyə verdi.
Unikal.org xəbər verir ki, Avstriya mediasının yaydığı məlumata görə, ölkənin cənubundakı Carinthian bölgəsində yaşayan gənc, valideyinlərini məhkəməyə verməsinin səbəblərini açıqlayıb.
"Heç utanmalar, mənim tualetdə oturarkən, yatağımda çılpaq yatarkən fotolarımı paylaşıblar. Həyatımın hər çağına aid şəklləri paylaşıblar. Bu ayıbdır".
Ana və atası, 11 yaşında olduğu vaxtdan 2009-dan etibarən uşaqlıq fotoşəkillərini 700 Facebook yoldaşıyla paylaşdığını, bunları silmək üçün etdiyi tələbləri də rədd etdiklərini söyləyən gənc, son çarə olaraq məhkəməyə müraciət etməkdə görüb".
Həftəlik Die Ganze Woche jurnalına danışan ata isə fotoşəkilləri özlərinin çəkdiyini, bu səbəblə nəşr hüquqları olduğunu müdafiə etdi. .