Sentyabr ayının 3-11 tarixləri arasında Gürcüstanın Batumi şəhərində oğlanlar və qızlar arasında keçirilən "Miss & Mister Planet - 2016-da ölkəmizi model Yusif Cəfərli və Anna Qranovskaya təmsil edib. 

Yusif Cəfərli adı çəkilən model müsabiqəsinin birincisi olub.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı beynəlxalq model müsabiqəsinin Azərbaycan üzrə direktoru və "Miss & Mister Planet - 2016-da jüri kürsüsündə əyləşən tanınmış təşkilatçı Aqil Məmiyev bildirib.

"Biz paytaxtımızdan müsabiqəyə komanda ilə getmişdik. Mənimlə birlikdə müsabiqənin Azərbaycan üzrə baş prodüseri Pərviz Əzimzadə də yola düşmüşdü.

Qala gecəsi 10 sentyabrda Batumi Teatrında keçirildi. Ölkəmiz böyük nəticə göstərdi. Bütün münsiflər heyətindən yüksək bal qazanaraq "Mister Planet - 2016 adına həmyerlimiz Yusif Cəfərli layiq görüldü.

Ölkəmiz illər sonra beynəlxalq model müsabiqəsində yenidən birincilik qazandı. Xatırladım ki, 2007-ci ildə "Best Model of The World müsabiqəsində Rüstəm Cəbrayılov birinci olmuşdu.

Xanım təmsilçimiz Anna Qranovskaya isə "Miss Planet Star - 2016 tituluna sahib oldu. Yarışmanın istedad mərhələsində Rihannanın "Diamond mahnsını ifa etdi və düşünürəm ki, münsiflərin zövqünü oxşadı, - deyə A.Məmiyev bildirib.