Türkiyədə növbəti dəfə faciə baş verib.
Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirin Sur vilayətində xüsus itəyinatlı hərbçilərin olduğu bina çöküb. Dağıntılar altında qalmış 9 hərbçi xilas edilib.
Daha 3 hərbçinin dağıntılar altında qaldığı bildirilir. Hazırda onların xilas edilməsi istiqamətində işlər aparılır.
Binanın hansı səbəbdən çökdüyü məlum deyil(azvision.az)