Türkiyədə yaşayan azərbaycanlı müğənni Ezo "Yetenek avı" verilişində qonaq olub.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, ifaçı proqramda bir çox canlı ifalar təqdim edib. Ezo eyni zamanda "Sarı gəlin" Azərbaycan xalq mahnısını oxuyub.
Qeyd edək ki, Ezo Bakıda restoranların birində mahnı oxuyarkən Rafet El Roman tərəfindən dinlənilib və Türkiyəyə aparılıb. İfaçı Rafetlə oxuduğu "Kalbine Sürgün mahnısı ilə məşhurlaşıb. Bir müddət əvvəl isə Ezo Rafetlə yollarını ayırdığını bildirib.