Azərbaycanda yaşayan Rusiya vətəndaşları bazar günü VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə səs verirlər.
Unikal.org-un məlumatına görə, Bakıdakı səfirlikdə açılan məntəqədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də səs verib.
Seçkilər partiya və birmandatlı siyahı üzrə keçirilir.
Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Rusiya vətəndaşları Bakı şəhəri, Bakıxanov küç., 17 (səfirliyin Konsulluq bölməsinin ərazisi) ünvanında yerləşən 8017 saylı seçki məntəqəsində səs verə bilərlər. Məntəqə yerli vaxtla saat 08:00-dan 20:00-dək açıq olacaq.
Səsvermədə iştirak etmək üçün pasport və ya onu əvəz edən sənədi gətirmək lazımdır.