Məşhur aktyorlar, Hollivud ulduzları Ancelina Coli və Bred Pittin boşanmalarına səbəb olduğu deyilən fransız aktrisa Marion Kotiyar bu iddiaları qətiyyətlə rədd edib.
Unikal.org xəbər verir ki, 40 yaşlı Kotiyar İnstagram-dakı profilində yazıb: "Son sutkada fırtınaya dönən və məni də qərq edən xəbərlərə ilk, yeganə reaksiyam olacaq. Belə şeyləri ciddi qəbul etməyə, şərh etməyə alışmamışam. Lakin vəziyyət gərginləşdiyindən, sevdiyim insanlara toxunduğundan fikrimi bildirməliyəm. Əvvəla, sevdiyim insan var. Həyatımda yeganə kişi var. O, bətnimdəki övladımın, dünyaya gətirəcəyim oğlumun atasıdır. Haqqımda yalanlar yazan kütləvi informasiya vasitələrinə və tələsik fikirlər bildirən bədxahlara isə bu bəladan qurtulmağı arzulayıram. Ancelinanın və sayğı bəslədiyim Bredin bu narahat dönəmdə sakitliyə qovuşmalarına arzulayıram. Özümü "puç, boş" hiss etməyimlə bağlı xəbər yayanlara isə deyirəm ki, özümü əla hiss edirəm. Sevgilərimlə, Marion".